Azad Media Susdurula Bilməz!
“Mağazaya girib qızıllara baxdı və ardınca 4 dəfə atəş açdı” - Marneulidəki insidentin təfərrüatı - VİDEO
KRİMİNAL

“Mağazaya girib qızıllara baxdı və ardınca 4 dəfə atəş açdı” - Marneulidəki insidentin təfərrüatı - VİDEO

“Mağazaya girdi və qızıllara baxdı, sonra dedi ki, qızıl budur? Ardınca isə 4 dəfə atəş açdı”.

Bakufakt.az  xəbər verir ki, bunu Marneuli bazarında silahlı hücuma məruz qalan Rafik Bayramov deyib. O, ötən gün baş verən silahlı insidentdən danışarkən bildirib ki, hücum edən şəxs atəş açanda üstünə gedib və ona "nə edirsən" deyib. "Bu zaman o çevrildi, mənə də atəş açdı və qarın nahiyəmdən məni yaraladı. Ardınca isə qaçdı”,  - zərərçəkən bildirib.

R. Bayramov tələb edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi yaxalasın.

Qeyd edək ki, 4 yanvar günorta saatlarında Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində silahlı insident qeydə alınıb. Hadisə zamanı qızıl mağazasının sahibi olan Bayramovlar ailəsinin üzvləri — ata Rafkl Bayramov və oğlu Sahib Bayramov naməlum şəxs tərəfindən güllələnib.

Yaralılar Marneulidə yerləşən müxtəlif klinikalara yerləşdirilib. R.Bayramov tibbi yardım göstərildikdən sonra “GeoHospital” klinikasından evə buraxılıb. 26 yaşlı Sahib Bayramov isə “Aversi” klinikasında həkimlərin bütün səylərinə baxmayaraq, həyatını itirib.

Hadisəni törədən şəxsin kimliyi araşdırılır. Onun ətrafdakı təhlükəsizlik kameralarından əldə edilən görüntülərinə əsasən onun gənc oğlan olduğu müəyyən edilib.

Görüntülərdə şübhəli şəxsin əlində odlu silah hadisənin baş verdiyi yerdən qaçdığı əks olunub.

IRON MAX AZERBAIAN