Azad Media Susdurula Bilməz!
Masazırda 23 yaşlı qızın, Salyanda 25 yaşlı oğlanın meyitləri tapıldı
KRİMİNAL

Masazırda 23 yaşlı qızın, Salyanda 25 yaşlı oğlanın meyitləri tapıldı

Abşeron rayonu Masazır qəsəbəsində meyit tapılıb.

Bakufakt.az  xəbər verir ki, dekabrın 6-sı saat 13 radələrində Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Gülçin Aleksandr qızı Potapenkonun meyiti yaşadığı Masazır qəsəbəsindəki evdə aşkar edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Oxşar hadisə Salyan rayonunda da baş verib. Dekabrın 7-si saat 06 radələrində 2000-ci il təvəllüdlü Ramin Sadıqov yaşadığı Salyan şəhərində qəfil vəfat edib. Onun evdə beyninə qansızmasından öldüyü bildirilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

IRON MAX AZERBAIAN