
KRİMİNAL
Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş
Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.
Bakufakt.az məlumat verir ki, öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb.
Polkovnik-leytenant rütbəsi ilə xidmət etmiş R.Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi olub. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Qeyd edək ki, hadisənin 18 yaşlı R.Cəfərov tərəfindən törədildiyi bildirilir. Polis onun tutulması istiqamətində əməliyyat tədbirləri aparır. Hələ ki, hadisənin baş vermə səbəbi açıqlanmayıb.