
Rüşvət tələb edən müxbirə HÖKM OXUNDU
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bakufakt.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Xəyyam Qurbanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı vətəndaşlardan nazirliyə daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıb.
O, ayrı-ayrı şəxslərə və şirkətlərlə dair neqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlməsi, eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlif məbləğlərdə qanunsuz pul tələb etməkdə təqsirləndirilib.
Xəyyam Qurbanlıya Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.