Azad Media Susdurula Bilməz!
24 yaşlı azərbaycanlı güllələnərək öldürüldü
KRİMİNAL

24 yaşlı azərbaycanlı güllələnərək öldürüldü

Gürcüstanın Rustavi şəhərində 24 yaşlı azərbaycanlı kişi odlu silahla qətlə yetirilib.

Bakufakt.az  xəbər verir ki, hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.

Məlumata görə, gənclər arasında mübahisə sonradan silahlı insidentə çevrilib. Qətlə yetirilənin Bolnisi sakini Vüqar Yaqubov olduğu bildirilir.

Onun xəstəxanaya çatdırılarkən aldığı xəsarətdən yolda vəfat etdiyi qeyd olunub.

Faktla əlaqədar istintaq başladılıb.

IRON MAX AZERBAIAN