KRİMİNAL
Dövlət qurumunun əməkdaşı iş başında öldü
Göygöldə 39 yaşlı kişi qəfil vəfat edib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Göygöl Su Kanal idarəsində qeydə alınıb.
Qurumun əməkdaşı, 1983-cü il təvəllüdlü S.Hüseynovun səhhəti qəfil pisləşib və o yıxılıb.
Dərhal təcili yardım xidməti çağırılıb. Müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər.
Məlumata görə, 39 yaşlı S.Hüseynov ürək xəstəliyindən əziyyət çəkirmiş.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.