KRİMİNAL
Mafiya ilə əlbir olan rahibə tutuldu
İtaliyada keçirilən genişmiqyaslı əməliyyatda 25 nəfər "Ndrangheta" mafiya qrupu ilə əlaqəli şəxs olaraq həbs edilib.
"Bakufakt.az" xəbər verir ki, onlar arasında, həbsdəki mafiya üzvləri ilə əlaqə saxlayan rahibə də var. Araşdırma nəticəsində 1.8 milyon avro dəyərində əmlak müsadirə edilib.
Mafiya qrupunun fəaliyyəti qəsb, silah alveri, narkotik ticarəti və çirkli pulların yuyulması kimi cinayətlərə söykənib. Həmçinin, iki yerli siyasətçi də bu əməliyyatda şübhəli şəxslər arasında yer alıb.
"Bakufakt.az"