Azad Media Susdurula Bilməz!
Daxili İşlər Nazirliyi : Araşdırmanın nəticəsinə əsasən müvafiq qərar qəbul ediləcəkdir.
KRİMİNAL

Daxili İşlər Nazirliyi : Araşdırmanın nəticəsinə əsasən müvafiq qərar qəbul ediləcəkdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, Vətəndaş Gülnar Qədirzadə və qardaşı Rəvan Qədirzadənin cari il martın 6-da paytaxtın Nərimanov rayonu ərazisində bir qrup şəxs tərəfindən fiziki zorakılığa məruz qalmaları ilə bağlı müraciətləri əsasında rayon polis idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə başlanılmış cinayət işi üzrə istintaq araşdırması davam etdirilir.
Xəsarətlərin dərəcəsinə dair  müvafiq ekspertizanın rəyləri alınıb.
Hər iki şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb, həmçinin əməli törətməkdə şübhəli bilinən şəxslər təqsirləndirilən şəxs qismində işə cəlb ediliblər.
Araşdırmanın nəticəsinə əsasən müvafiq qərar qəbul ediləcəkdir.

www.bakufakt.az

IRON MAX AZERBAIAN