Azad Media Susdurula Bilməz!
İtaliyada ayaqyalın şəxs təyyarəni qaçırıb və fransalı qırıcı tərəfindən “saxlanılıb”
KRİMİNAL

İtaliyada ayaqyalın şəxs təyyarəni qaçırıb və fransalı qırıcı tərəfindən “saxlanılıb”

İtaliyada bir nəfər sərnişin təyyarəsini qaçıraraq Fransaya doğru uçub.

“Europe 1” radiosunun məlumatına görə, təyyarənin qaçırılmasının qarşısı Fransanın “Mirage 2000” qırıcısı sayəsində alınıb.

Sonradan müəyyən edilib ki, təyyarəni qaçıran 33 yaşlı Slovakiya vətəndaşı olub.

Hadisə ilə əlaqədar Nitsa üzərində hava məkanı müvəqqəti bağlanıb. Təyyarə radio rabitəsi və uçuş planı olmadan aşağı hündürlükdə uçub. Təyyarə həmçinin uçuşların qadağan edildiyi bir sıra gizli hərbi obyektlərin üzərindən uçmağa müvəffəq olub.

Bildirilib ki, qırıcı slovakiyalını təyyarəni “Eks-le-Mayl” aerodromuna endirməyə məcbur edib.

Həbs zamanı həmin şəxs ayaqqabısız və sənədsiz olub. Eyni zamanda o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına ingilis dilində məktub da verib. Məktubun məzmunu açıqlanmayıb.

IRON MAX AZERBAIAN