KRİMİNAL
Keçmiş idman naziri istintaq təcridxanasında intihara cəhd etdi
Dağıstanın keçmiş idman naziri və Kızılyurtun keçmiş meri Maqomed Maqomedov korrupsiya ittihamı ilə saxlandığı “Matrosskaya Tişina” istintaq təcridxanasında intihara cəhd edib.
Bu barədə Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova öz Telegram kanalında məlumat verib.
“Maqomed Maqomedov “Matrosskaya Tişina”dan xəstəxanaya yerləşdirilib, ehtimal ki, intihar etmək istəyib”, - deyə hüquq müdafiəçisi yazıb.
Qeyd edək ki, Maqomed Maqomedov 2021-ci ilin mayında Kızılyurta rəhbərlik edib. O, bundan əvvəl Gergebil rayonunun rəhbəri vəzifəsində çalışıb. 2012-2021-ci illərdə Dağıstanın Bədən Tərbiyəsi və İdman Naziri olub. Nazir 2023-cü ilin oktyabrında həbs edilib.