Bakıda "Rahat market"dən araq oğurlayan şəxs satıcıları bıçaqlayıb və avtomobillə vurub
Bakının Sabunçu rayonunda satıcılar oğurluğun qarşısını alıb.
Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, "Rahat market"dən hələlik şəxsiyyəti məlum olmayan şəxs dəyəri 490 manat olan spirtli içkini oğurlayıb.
Naməlum şəxs qaçarkən satıcılar 1999-cu il təvəllüdlü Nuriyev Elsəvər Seymur oğlu və 1998-ci il təvəllüdlü Yunusov Fərid Mürşüd oğlu onun izinə düşüb.
Araq oğurlayan şəxs əvvəlcə bıçaqla F.Yunusova xəsarət yetirib.
Daha sonra avtomobili ilə E.Nuriyevi vurub. Buna baxmayaraq satıcılar oğurlanan məhsulu geri ala bilib.
Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Oğurluq edərək satıcılara xəsarət yetirən şəxs saxlanılıb.
Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimıərin verdiyi məlumata görə, onlara ilkin tibbi yardım göstəriıib. Həyatı təhlükələri yoxdur.
Mağaza müdiri hər iki satıcını mükafatlandırıb.