KRİMİNAL
Bakıda qadınlar dalaşdı: İki nəfər bıçaqlandı
Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.
Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Lalə Qiyas qızı Vəliyeva rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.
Həmin vaxt L.Vəliyevanın qohumu Valeh Məmməd oğlu Məmmədov da bıçaq xəsarəti alıb.
Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.
Araşdırmalar davam etdirilir.