 
								
									KRİMİNAL
									
						
								27 yaşlı şəxs qətlə yetirildi
İyunun 19-da paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Adil Xəyal oğlu Talıbovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mətləb Müşfiq oğlu Süleymanlı polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
 
                                
 
													 
													 
													 
													 
													