KRİMİNAL
Üç nəfərin pulunu dələduzluq yolu ilə ələ keçirən qadın saxlanıldı
Paytaxtın Yasamal rayonunda üç nəfərin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 nəfər şəxsin ümumilikdə 1010 manat və 3400 avro pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 50 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.