Azad Media Susdurula Bilməz!
Vətən müharibəsi iştirakçısı gecə klubunda dəhşət saçdı
KRİMİNAL

Vətən müharibəsi iştirakçısı gecə klubunda dəhşət saçdı

 

Bakı Ağır Cinayətlər Məhkəməsində 28 yaşlı qızı bıçaqlamaqda təqsirləndirilən Tural Zeynalovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham edilib. 

Məhkəmənin hökmünə əsasən, T. Zeynalov 6 il bir ay müddətinə azadlıqdan məhrum olunub.

Hadisəyə gəlincə, 2000-ci il təvəllüdlü T. Zeynalov ötən il oktyabrın 3-ü gecə saat 01 radələrində Nizami rayonu Qara Qarayev prospektində yerləşən gecə klubunda gənc qızla tanış olub. Sonra tərəflər arasına mübahisə yaşanıb və o, zərif cinsin nümayəndəsini bıçaqlayıb.

İstintaq zamanı məlum olub ki, T. Zeynalov əvvəllər oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olub və bir neçə medalla təltif edilib.

IRON MAX AZERBAIAN