Azad Media Susdurula Bilməz!
180 min manatlıq dələduzluq edən şəxsin yenidən məhkəməsi başladı
KRİMİNAL

180 min manatlıq dələduzluq edən şəxsin yenidən məhkəməsi başladı

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Sərxan Tağıyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 14-nə təyin edilib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Tağıyevə 5 il 11 ay 27 gün azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Qeyd: Sərxan Tağıyevə Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. O, zərərçəkmişlərə ümumilikdə 186 min manatlıq ziyan vurub.

IRON MAX AZERBAIAN