Azad Media Susdurula Bilməz!
Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
KRİMİNAL

Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb

 

Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölüb.

Ağır yanıq xəsarətləri alan 1990-cı il təvəllüdlü Türkanə Məmmədova ötən gün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində vəfat edib.

Qeyd edək ki hadisə aprelin 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən kafelərinin birinin yaxınlığında qeyd alınıb. Belə ki, aprelin 18-də qeyri-rəsmi münasibətdə olduğu rayon sakini 2002-ci il təvəllüdül Röyal Tağıyev kənddə yerləşən kafedə, orada çalışan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Reklam ADS