İctimai təhlükə yaradan Emin Hüseynli saxlanılıb
İctimai təhlükə yaradan Emin Hüseynli saxlanılıb
Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının Emin Qoca ləqəbi ilə tanınan Emin Hüseynlini saxladığı barədə məlumat yayılıb.
Məlumata görə, onun bir sıra qanunsuz əməllərlə məşğul olduğuna dair faktlar və çoxsaylı şikayətlər var. Belə ki, aktiv olduğu sosial şəbəkələrdə etdiyi paylaşımlarda ictimaiyyəti narahat edən söz və ifadələrdən mütəmadi istifadə edən Emin Hüseynli bununla kifayətlənməyərək ayrı-ayrı vətəndaşlardan şantaj yolu ilə pul alıb. Şikayətlərdə bildirilir ki, o, həm də Bakı və Abşeron ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub. Hətta onun hansı ərazilərə nə qədər narkotk vasitə vardiyinə dair öz səs yazıları da var. Pul qazanmaq üçün qanunsuz yolları vasitə seçən bu şəxs əməlləri zamanı hətta polis əməkdaşlarının adından istifadəyə də cəhd göstərib. Mənbəyi məlum olmayan, əslində isə qanunsuz yollarla əldə edilyi şübhə doğurmayan pulla lüks həyat yaşayan Emin Hüseynlinin adı “çirkli pul”ların yuyulmasında da hallandırılır.
O, səs yazılarında narkotik vasitələrin satışını həyata keçirdiyini deyir, əraziləri sadalayır və hətta bu məqsədlə müxtəlif qurumların adından isitfadə edir.
Öz əməlləri, eləcə də sosial şəbəkədəki paylaşımları ilə ictimai narahatlığa səbəb olan Emin Hüseynli qanunsuz yollarla əldə etdiyi vəsaiti nümayiş etdirməkdən çəkinməyib, əksinə, buna haqq qazandırmağa çalışıb. Paylaşımlarında cəmiyyətin müxtəlif kəsimlərinə, xüsusilə xanımlara qarşı təhqiramiz ifadələr işlədən Emin Hüseynlinin bu fəaliyyəti hüquq-mühafizə orqanlarının nəzərindən qaçmayıb. Nəhayət, öz qaranlıq fəaliyyəti ilə ictimai təhlükə yaradan Emin Hüseynli polis əməkdaşları tərəfindən saxlanılıb. Beləliklə, daha bir ictimai təhlükəli fəaliyyətin qarşısının qanunlar çərçivəsində alınacağına dair cəmyyyətdə inam formalaşıb. Bundan öncə də dəfələrlə bu qəbildən ictimai narahatlıq yaradan, qanunsuz fəaliyyətdən əldə etdiyi vəsaitlə yaşadığı lüks həyatı nümayiş etdirməkdən çəkinməyən və bunu sanki xüsusi bacarıq kimi təqdim edən şəxslərlə bağlı hüquq-mühafizə orqanlarının qanunamüvafiq addımlar atdığının şahidi olmuşuq. Əminik ki, bu dəfə də ictimai asayişin keşiyində dayanan hüquq-mühafizə orqanları Emin Hüseynlinin qanunsuz əməllərinə son qoyacaq.