Azad Media Susdurula Bilməz!
Qardaşının həyətinə qumbara atan şəxsdən xəbər var
KRİMİNAL

Qardaşının həyətinə qumbara atan şəxsdən xəbər var

Bakıda qardaşını qumbara ilə öldürməyə cəhddə təqsirləndirilən Ramin İsakovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Məhkəmənin ilkin hazırlıq iclası aprelin 18-nə təyin edilib.

Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi  Ramin İsakovun şikayətini təmin etməyib.
 Qeyd: Hadisə ötən ilin iyulunda paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, Ramin İsakov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Rəşad İsakzadənin Maştağada yerləşən evinin həyətinə qumbara atıb. Evdə qardaşından əlavə, qardaşının azyaşlı iki uşağı və həyat yoldaşı olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Ramin İsakova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

IRON MAX AZERBAIAN