Azad Media Susdurula Bilməz!
Bakıda hotel direktoru "parkovşik"ə görə həbs edildi
KRİMİNAL

Bakıda hotel direktoru "parkovşik"ə görə həbs edildi

 

Bakıda "Muzey" hotelin icraçı direktoru "parkovşik"i söydüyü üçün həbs edilib. 

Hotel direktorunun həbs edilməsinə səbəb Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində özünə məxsus idarə etdiyi evakuator maşınını park edərkən etməsi olub. 

Belə ki, parklanmaya nəzarət edən şəxs 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, sözügedən hotelin icraçı direktoru Sənan Vəliyev (ad-soyad şərti) evakuator maşınını parkinqdə saxlamamasını, yük maşınını ərazidən çıxarmasını tələb edib. Lakin Sənan həmin şəxsin tələbinə məhəl qoymayaraq çəkəcəyini bildirib və bu zaman aralarında mübahisə yaranıb. Bu zaman o, parkinqə nəzarət edən şəxsin ünvanına nalayiq ifadələr işlədib.

Polis tərəfindən saxlanılan hotel direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.  Məhkəmənin qərarı ilə Sənan barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

IRON MAX AZERBAIAN