KRİMİNAL
İmişli sakini öz həmyerlisini güllələyib.
İmişli Rayon Polis Şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini X.İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə Buludlu kənd sakini N.Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.İbrahimov saxlanılmışdır. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır.