Azad Media Susdurula Bilməz!
Döyəcəkləri ilə hədələyib 1500 manat aldılar - BAKIDA
KRİMİNAL

Döyəcəkləri ilə hədələyib 1500 manat aldılar - BAKIDA

Bakı sakinindən hədə-qorxu ilə pul tələb edən şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə martın 9-da 3 nəfərin Bakı şəhər sakini Ə.Cəlilovu döyəcəkləri ilə hədələyib 1200 manat borcunu ödəmək üçün mobil telefonunu 1500 manata satdırıb pulunu götürmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakinləri F.Tağıyev, S.Tağıyev və M.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır

IRON MAX AZERBAIAN