KRİMİNAL
Sumqayıtda dəhşətli qətl: Arvad ərini öldürüb polisə təslim oldu
Sumqayıt şəhəri, Corat Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun avqustun 9-da öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əfsanə Məmmədova hadisədən sonra könüllü olaraq polisə təslim olub.
İbtidai istintaq davam etdirilir.
www.bakufakt.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə :+994 55 262 66 76
BakuFakt.az