Azad Media Susdurula Bilməz!
Salonda işləmək istəyən sevgilisini öldürən şəxs yenidən məhkəmə qarşısında
KRİMİNAL

Salonda işləmək istəyən sevgilisini öldürən şəxs yenidən məhkəmə qarşısında

Goranboyda sevgilisini öldürməkdə təqsirləndirilən Atəş Ələkbərovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 31-nə təyin edilib.

Şikayət hakim Salman Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il yanvarın 26-da saat 14 radələrində Goranboy rayonunun Baxçakürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Atəş Ələkbərov 2000-ci ildən etibarən rəsmi nikah münasibətinə girmədən, lakin ər-arvad kimi birgə yaşadığı 1976-cı il təvəllüdlü Sevinc Məmmədova ilə idarə etdiyi VAZ-21214 markalı avtomobillə Goranboy rayonunun Baxçakürd kəndinin ərazisindən keçən torpaq yolla Samux şəhəri istiqamətində hərəkətdə olub. Bu zaman Sevinc Məmmədova gözəllik salonunda işləmək istəməsi, yaxud rəsmi nikah münasibətinə girib birlikdə Bakı şəhərinə köçüb orada yaşamaq istəməsi barədə tələblər irəli sürüb. Daha sonra onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Atəş həmin gün evdən çıxarkən yolda alacaqları meyvəni soymaq məqsədilə Sevinc Məmmədovanın evinin mətbəxindən götürüb avtomobilin mərkəzi konsoluna qoyduğu mətbəx bıçağı ilə qadının döş qəfəsinin sol yarısının ön səthindən qəsdən bir bıçaq zərbəsi endirib. Sevinc Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Atəş Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN