KRİMİNAL
Qardaşının evinə qonaq gəlməyi qətlinə səbəb oldu
Qardaşının evinə qonaq gələn şəxs qətlə yetirilib.
Ağır cinayət gecə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.
Daha sonra rayon prokurorluğunun əməkdaşları əraziyə baxış keçiriblər, meyit müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. Qonşuların sözlərinə görə, qətlə yetirilən Həsən həmin ərazidə kirayədə yaşayan qardaşının evinə qonaq gəlibmiş.
Rayon prokurorluğundan verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışı aparılır.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
BakuFakt.az