Azad Media Susdurula Bilməz!
21 yaşlı gənci öldürən üç qardaşa bu qədər cəza istənildi
KRİMİNAL

21 yaşlı gənci öldürən üç qardaşa bu qədər cəza istənildi

Sabunçu rayonunda dava zamanı bir nəfəri öldürüb digərinə xəsarət yetirməkdə təqsirləndirilən Rahib, Qorxmaz və Ramil Lətifov qardaşlarının cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror qardaşların hər birinin ayrı-ayrılıqda verilmiş ittihamlarla təqsirli bilinməsini, R. Lətifovun 20 il, Q. Lətifovun 5 il, R. Lətifovun isə 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaları üçün iyulun 7-dək vaxt verilib.

hadisə 2021-ci ilin noyabr ayında baş verib. Həmin vaxt 1996-cı il təvəllüdlü İrşad Əliyev və 2000-ci il təvəllüdlü dostu Fərid Əliyev bıçaqlanıblar, sonuncu xəstəxanada ölüb.

Müəyyən edilib ki, zərərçəkmişlərin tanışları Sabunçu qəsəbə sakinləri - Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə kafenin qarşısında dava ediblər. Hadisə vaxtı R. Lətifov bıçaqla F. Əliyev və İ. Əliyevə xəsarətlər yetirib, R. Lətifov və Q. Lətifov isə silah qismində istifadə etdikləri vasitələrlə İ.Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

R. Lətifova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), Ramil və Qorxmaz Lətifovlara isə CM-nin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi iə ittiham irəli sürülüb.

BakuFakt.az

IRON MAX AZERBAIAN