Azad Media Susdurula Bilməz!
17 yaşlı Aysunu öldürən həmkəndlisi barədə qərar verildi
KRİMİNAL

17 yaşlı Aysunu öldürən həmkəndlisi barədə qərar verildi

Naxçıvanın Kəngərli rayonunda 17 yaşlı Aysun İbrahimovanın öldürməkdə ittiham olunan həmkəndlisi Sərvin Məmmədov məhkəmə qarşısına çıxarılıb.

 Kəngərli Rayon Məhkəməsində keçirlən iclasda Sərvin Məmmədov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

O, ilkin ifadəsində özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu deyib.

Qeyd edək ki, hadisə Kəngərli rayonunun Xok kəndində baş verib. İttihama görə, 1999-cu il təvəllüdlü S. Məmmədov aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi-2006-cı il təvəllüdü Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürüb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

BakuFakt.az

IRON MAX AZERBAIAN