KRİMİNAL
Bakıda məktəbin həyətində kütləvi dava: İki nəfər bıçaqlandı
Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.
Hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.
2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
BakuFakt.az