Bakı-Qazax yolunun Sənqəçal qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları
“Mayın 19-da axşam saat 16.45 radələrində Bakı-Qazax yolunun Sənqəçal qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə saytımıza sözügedən yol-nəqliyyat hadisəsində zərərçəkmiş tərəf bildirib. O, qəzanın təfərrüatlarını açıqlayıb:
“Bakı-Qazax yolunun Sənqəçal qəsəbəsindən keçən hissəsində yolumla düz hərəkət edəkən özümün idarə etdiyim “Toyota Corola” markalı 99 MM 156 dövlət qeydiyyat nişanlı minik avtomobilinə arxadan zərbə ilə 99 GU 864 dövlət qeydiyyat nişanlı minik avtomobili zərbə ilə dəyib. Nəticədə mənimlə bərabər avtomobildə olan həyat yoldaşım, 10 yaşlı oğlum və 5 yaşlı qızımın az ağır bədən xəsarəti almasına, hərəkətsiz maneələrin, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə, başqa maddi zərər vurulmasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma cinayət əməli törədilib”.
“Qeyd etdiyim kimi, öz zolağımda hərəkət etdiyim halda həmin avtomobil arxadan sağ tərəfdən yüksək sürətlə avtomobilimə dəyib. Zərbənin gücündən idarə etdiyim avtomobil öz zolağından çıxaraq arakəsmədəki işıq dirəklərindən birinə çırpılıb. Nəticədə maşınım tamamilə yararsız vəziyyətə düşüb, özüm də daxil olmaqla avtomobildəki ailə üzvlərim xəsarətlər alıb. Özüm yaxşı vəziyyətdə deyildim, həyat yoldaşım, 5 yaşlı qızım və 10 yaşlı oğlum da az ağır xəsarətlər aldı. Bununla bağlı bütün tibbi müayinələrin cavabları, xəstəlik tarixçələri var. Qəzadan 4 gün keçib, DİN-nin Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi tərəfindən araşdırma mərhələsindədir. Tibbi ekspertiza və nəqliyyat vasitəsinin ekspertizasının rəyləri gözlənilir. Hazırda vəkil işin hüququ tərəfini aparır”.
Zərərçəkmiş günahkarın cəzalandırılmasını istəyir: “Çünki ortada cinayət faktı var, azyaşlı uşaqlar bu hadisə nəticəsndə ciddi xəsarətlər alıb. Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə cinayət işi açılacaq, günahkarın cəzalandırılması üçün tələb olunan bütün hüquqi prosedurlardan istifadə olunacaq.
Zərəçəkmiş tərəf kimi bütün qanuni hüquqlarımı qoruyacağam. Hadisədən sonra lazım olan bütün tibbi ekspertiza sənədləri alınıb və məsələ hüquqi müstəvidə həll olunacaq”.
Hadisənin gedişi tərəfimizdən diqqətdə saxlanılır.
Mənbə Bakufakt.az