BNMİ əməkdaşlarından növbəti uğurlu ƏMƏLİYYAT Dayı ləqəbli Escobar SAXLANILDI
“Azərbaycanlı Eskobar” saxlanıldı
Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlər nəticə verir. İnsanları “ağ ölüm”ə məhkum edərək külli miqdarda qazanc əldə edən, bu məqsədlə müşəkkil dəstə yaratmış, “azərbaycanlı Eskobar” kimi tanınmış, Mingəçevir şəhərindən olan narkobaron İbrahim İbrahimov və dəstəsi uğurlu əməliyyat nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Redaksiyamıza daxil olan məlumata görə, onun barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, İbrahim İbrahimov İranın narkotik şəbəkəsi ilə sıx əlaqələrə malik olub. Onun İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinə rəhbərlik etdiyi deyilir. Digər məlumatlara görə, özünü “Eskobar” adlandıran bu şəxsin rəhbərlik ediyi dəstə paytaxtın bəzi otellərində və müxtəlif ərazilərdə kirayə götürülən evlərdə narkotiklərin qanunsuz saxlanılmasını təşkil edib. Xüsusilə Nizami və Yasamal rayonları ərazisində, eləcə də Maştağa və Balaxanı qəsəbələrində narkotiklərin saxlanc depoları də İbrahim İbrahimovun rəhbəlik etdiyi dəstəyə məxsus olub.
Narkokuryerlər vasitəsilə həmin maddələrin alıcılara çatdırılmasını də İbrahim İbrahimovun dəstəsi təşkil edib. Dəstəyə paytaxtda fəaliyyət göstərən 50-yə yaxın taksi sürücüsünün də cəlb olunduğu bildirilir.
Uzun müddətdir axtarışda olan bu şəxs və rəhbərlik etdiyi mütəşəkkil dəstəylə bağlı istintaq həkətləri davam etdirilir. İstintaq nəticəsində dəstənin digər cinayətlərinin də üzə çıxacağı istisna deyil.
Beləliklə, Azərbaycan polisinin “ağ ölüm”ə qarşı qanunlara dayanan fəaliyyəti öz nəticəsini verib. Minlərlə insanın narkotiklə zəhərlənməsində, çox sayda insanın qanunsuz və cinayət tərkibli fəaliyyətə cəlbində birbaşa iştirakı olduğu deyilən daha bir şəxs əməllərinə görə qanun qarşısında cavab verəcək.
Azərbaycan Polisi bizi qoruyur.