Azad Media Susdurula Bilməz!
Azərbaycanda vəzifəli şəxs və arvadının meyiti tapıldı.
KRİMİNAL

Azərbaycanda vəzifəli şəxs və arvadının meyiti tapıldı.

Salyan rayonunda fərdi yaşayış evində yanğın olub.

Bakufakt.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı kürkənd kəndində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və əməkdaşları cəlb olunub. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlu və onun həyat yoldaşı, 1956-cü iltəvəllüdlü Əliyeva Elmira Mirzə qızının meyiti aşkar olunub.

Əliyar Əliyev Salyan rayon Suvarma Sistemləri idarəsində baş mühasib işləyirdi.

Qeyd edək ki, 5-6 il bundan öncə ölən ər və arvadın evinə basqın olmuşdu. Naməlum şəxs və şəxslər tərəfindən döyülən ər və arvad xəstəxanaya yerləşdirilmişdi.

IRON MAX AZERBAIAN