Azad Media Susdurula Bilməz!
Tovuz sakini özünü qatarın altına atdı
KRİMİNAL

Tovuz sakini özünü qatarın altına atdı

Tovuz sakini özünü qatarın altına ataraq intihar edib.  

 

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

 

Bildirilib ki, bu gün saat 20:00-da yük qatarı Qovlar-Zəyəm istiqamətində hərəkətdə olarkən Tovuz rayonunun Dönük Qırıxlı kənd sakini Tural Ramiz oğlu Yaqubov dəmir yolu xəttinə yaxınlaşaraq özünü qəfildən relslərin üzərinə atıb.

 

"Maşinist tərəfindən təcili tormozlama aparılsa da məsafə az olduğundan T. Yaqubovun həyatını xilas etmək mümkün olmayıb", - deyə qurumdan bildirilib.

 

Qeyd olunub ki, hadisənin baş verdiyi müvafiq sahədə təyin olunmuş sürət 60 km/saatdır, hadisə vaxtı qatarın faktiki sürəti 50-52 km/saat olub.

 

Fakt aidiyyəti üzrə araşdırılır.

IRON MAX AZERBAIAN