Azad Media Susdurula Bilməz!
Vətəndaşı aldadıb əmlakın ələ keçirdilər ?
KRİMİNAL

Vətəndaşı aldadıb əmlakın ələ keçirdilər ?

Abdullayev Abdulla Murad oğlu aldadılaraq əmlakının ələ keçirilməsindən və bu əməli törədən şəxsin məsuliyyətdən yayınmasından şikayəçidir. O, bu barədə redaksiyamıza ünvanladığı müraciətdə bildirib. 

Şikayətçi Azərbaycan Respublikasında qanunlarının aliliyinə və hər kəsin qanun qarşısında bərabər olması prinsipinə daim inandığını bildirərək qarşılaşdığı problemin həllində hüquq -mühafizə orqanlarından yardım istəyib. 

Şikayətçinin iddiasına görə, Qocayeva Sevinc Nizami qızı dələduzluq əməlləri ilə məşğul olaraq bir qrup insanı aldadıb və pullarını mənimsəyib: “ Bu dələduz özünü yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim edərək işə düzətmək, pensiya, sosial yardım ayırmaq, torpaq almaq, hətta veteranlıq pulu düzəltmək adı ilə Zaqatala, Balakən rayonlarının kənd sakinlərinin pulunu mənimsəyib. Mənim və atamın şikayəti ilə ona cinayət işi açılsa da, məsuliyyətdən yayınır”. 

Şikayətçi vətəndaşlara müraciət edərək adı çəkilən şəxsə qətiyyən inanmamağı xahiş edib.

IRON MAX AZERBAIAN