Azad Media Susdurula Bilməz!
Cənub bölgəsində XÜSUSİ ƏMƏLİYYAT: 22 nəfər tutuldu
KRİMİNAL

Cənub bölgəsində XÜSUSİ ƏMƏLİYYAT: 22 nəfər tutuldu

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakufakt.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 22 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış ümumilikdə külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb. 

Faktlarla bağlı Lənkəran şəhər Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

IRON MAX AZERBAIAN