Azad Media Susdurula Bilməz!
Bakıda Atası tərəfindən seksual zorakılığa məruz qalan qız özünü binadan atmaq istədi.
KRİMİNAL

Bakıda Atası tərəfindən seksual zorakılığa məruz qalan qız özünü binadan atmaq istədi.



Bakıda 18 yaşlı qız intihara cəhd edib.

Bakufakt.az əldə etdiyi məlumata görə, hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib.

2004-cü il təvəllüdlü E.Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb.

İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalıb və bu səbəbdən həyatına son qoymaq istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

IRON MAX AZERBAIAN