KRİMİNAL
Azərbaycanda 100-dən çox cinayətkar qrup zərərsizləşdirilib
Bu ilin 9 ayı ərzində ümumi dəyəri 40 milyon manat təşkil edən 3 ton narkotik vasitə və 300 kiloqramdan artıq psixotrop maddə, o cümlədən narkotiklərin onlayn satışı ilə bağlı 241 fakt müəyyən edilərək qeyri-leqal dövriyyədən çıxarılıb.
Bakufakt.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, keçirilmiş əməliyyat tədbirləri ilə 289 nəfərdən ibarət 113 cinayətkar qrup zərərsizləşdirilib
Xüsusi əməliyyat planı üzrə keçirilən tədbirlərlə ümumi çəkisi 25 tona yaxın olan çətənə və xaş-xaş kolu, eləcə də yabanı halda bitmiş 166 tondan çox həmin növ bitki də aşkarlanaraq məhv edilib.