KRİMİNAL
Sosial şəbəkədə vətəndaşlara qarşı dələduzluq edən əmioğlular tutulub
Saxlanılan şəxslər sosial şəbəkələrdə yaradılan maliyyə piramidasına qısa müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər.
Onlara müraciət edən şəxsləri isə guya bu platformaya investisiya qoyduqları zaman yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar.
Piramidaya qoşulan şəxslərə əvvəlcədən ikiqat gəlir, eləcə də platformaya cəlb etdikləri hər bir şəxsə görə həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər vəd olunub.