Azad Media Susdurula Bilməz!
Yolunu azmışdı...” - "Torqovı"da bacısını öldürən qardaşın CİNAYƏT İŞİ
KRİMİNAL

Yolunu azmışdı...” - "Torqovı"da bacısını öldürən qardaşın CİNAYƏT İŞİ

Bakının mərkəzində bacısını qətlə yetirməkdə təqsirləndirilən Qabil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qabilin hansı səbəbdən bacısını qətlə yetirməsi isə bu günə kimi ictimaiyyətə qaranlıq qalıb.

İttihama görə, hadisə Səbail rayonu, "Xəqani" bağının yaxınlığında qeydə alınıb. Qabil Quliyev münaqişə zəminində bacısı Pərvanə Quliyevanı bıçaqlayaraq öldürüb.

Məhkəmədə danışan Qabil Quliyev özünü təqsirli bilib və qeyd edib ki, məqsədi bacısını öldürmək olmayıb:

“Bacım Pərvanə 2015-ci il tarixdə Əflatun Abbasovla ailə qurdu və Ömər adlı bir oğlanları oldu. Daha sonra bacım ilə Əflatun yola gedə bilmədikləri üçün boşandılar. Həmin vaxtdan Pərvanə Ömərlə birlikdə bizimlə yaşamağa başladı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı ərindən ayrıldıqdan sonra çox dəyişib, yüngül həyat tərzi keçirib:

“Övladına qayğı göstərmirdi, evə gec gəlirdi. Təxminən bir ildən artıqdır ki, bacım evə çox az hallarda gəlirdi, onun evə gəlməməsi ilə bağlı bir neçə dəfə söz-söhbət oldu. Evdə olan zaman çalışdığımız qədər onu çölə buraxmırdıq. Pərvanə boşandıqdan sonra Toğrul adlı bir nəfərlə münasibət qurdu, təxminən bir ilə yaxın Toğrulla bir yerdə yaşadı. 2019-cu ilin əvvəllərində Toğrul bir neçə qadınla bizim evimizə elçiliyə gəlib Pərvanəni istədi. Həmin vaxt yanındakı qadınları anası, qardaşının arvadı kimi təqdim etdi, lakin həmin qadınlar onun qohumları deyildi. Həmin şəxslər Pərvanə ilə birlikdə Bakı şəhərində fəaliyyət göstərən gecə klublarından birində çalışırdı. Pərvanə ilə Toğrul da qeyd edilən gecə klubunda tanış olub, anam və atam bu məsələdən şübhələndiklərinə görə bacımı vermədilər.

IRON MAX AZERBAIAN