Azad Media Susdurula Bilməz!
Müştərilərə narkotik daşıyan taksi sürücüsü TUTULDU
KRİMİNAL

Müştərilərə narkotik daşıyan taksi sürücüsü TUTULDU

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Bakufakt.az-a verilən xəbərə görə, ötən gün baş tutan sonuncu əməliyyatlar zamanı narkokuryerliklə məşğul olan Kamran Talıbov Binəqədi qəsəbəsi Gülüstan küçəsi ərazisində saxlanılıb. Onun taksi fəaliyyəti ilə məşğul olduğu “Opel” markalı avtomobilin yük yerinə baxış zamanı 3 kiloqram heroin aşkar olunaraq götürülüb.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan daha bir nəfər - Səid Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqramdan artıq heroin aşkar edilib.

Reklam ADS