Azad Media Susdurula Bilməz!
"Bandotdel"dən ƏMƏLİYYAT: Bir milyonluq dələduzluq edənlər TUTULDU
KRİMİNAL

"Bandotdel"dən ƏMƏLİYYAT: Bir milyonluq dələduzluq edənlər TUTULDU

Sosial şəbəkələrdə kriptovalyuta alqı-satqısı elanları yerləşdirərək insanları aldadan və zərərçəkənlərə 1 milyon manata yaxın maddi ziyan vuran şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Bakufakt.az-a verilən məlumata görə, naməlum şəxslərin “instagram” sosial şəbəkəsində və müxtəlif xəbər portallarında elanlar yerləşdirərək pul qismində yatırım edəcəkləri halda beynəlxalq maliyyə birjalarında ticarət əməliyyatları və kriptovalyuta alqı-satqısı keçirmək yolu ilə külli miqdarda maddi vəsait qazanacaqları adı altında vətəndaşları aldatmaları barədə nazirliyə çoxsaylı müraciətlər daxil olub.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində zərərçəkənlərin etibarından sui-istifadə edərək onları qeyd edilən yolla aldadan Rəşid Bayramov və tanışı Vüqar Əliyev saxlanılıblar.

IRON MAX AZERBAIAN