KRİMİNAL
İcra başçısının müavini və direktor məktəblini
Xəbər verdiyimiz kimi, Lənkəranda məktəbli qızın icra başçısının müavini və məktəb direktoru tərəfindən döyüldüyü iddia olunur.
Məsələ ilə bağlı Lent.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, həmin hadisə ilə bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən də Bakufakta.az-a hazırda məsələ ilə bağlı araşdırılma aparıldığı bildirilib