Azad Media Susdurula Bilməz!
Azərbaycanda kişini oğurlayıb görün nə tələb etdilər
KRİMİNAL

Azərbaycanda kişini oğurlayıb görün nə tələb etdilər

Bakıda kişi girov götürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə zərərçəkənin  qardaşı Bakı şəhər sakini R.Ş. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciətində bildirib. O qeyd edib ki, qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazılıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşını Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradovun və Cəbrayıl rayon sakini Ə.Həsənovun oğurlaması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar

IRON MAX AZERBAIAN