Keçmiş həyat yoldaşının sevgilisini qətlə yetirən şəxs hakim qarşısında.
Göyçayda keçmiş həyat yoldaşının sevgilisini qətlə yetirən şəxs barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.
Bakufakt.az Trend-ə istinadən xəbər verir ki, qətldə təqsdirləndirilən Mirzəyev Fərid Rza oğlunun cinayət işinin istintaq materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
İş üzrə məhkəmə prosesinin vaxtı yaxın günlərdə məlum olacaq.
Xatırladaq ki, hadisə ötən il noyabrın 16-da Göyçay rayonunun Nərimanov küçəsindəki evdə baş verib.
Fərid Mirzəyev keçmiş həyat yoldaşı S.Ağayeva ilə Vüsal arasında münasibətin olması və onların qeyri-rəsmi ər-arvad kimi yaşamasını öyrəndikdən sonra onu öldürmək qərarına gəlib.
Bu məqsədlə o, özü ilə gətirdiyi bıçaqla 32 yaşlı Vüsal Məmmədova çoxsaylı zərbələr endirib. Döş qəfəsi və qarın boşluğundan öldürücü xəsarətlər alan Vüsal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. F.Mirzəyev hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib.
Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.