Xəzərin dibindəki boruları kim oğurlayır? - Su polisindən
Su polisləri körpə balıqları qanunsuz ovlayanlara qarşı tədbir keçirib.
Daxili İşlər Nazirliyindən Bakufakt.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı xidməti ərazidə baş verən hüquqazidd əməlin qarşısı alınıb.
İdarəyə balıqovlama mövsümünün bağlı olmasına baxmayaraq Bakı Buxtası ərazisində balıqçılıqla məşğul olan şəxslər barədə məlumat daxil olub. Dərhal su polisləri tərəfindən qeyd edilən ünvana baxış keçirilib. Nəticədə Bakı Buxtasında xüsusi balıqovlama alətləri ilə balıq tutan Arif Həsənov və Elvin Həsənov saxlanılıblar. Onların mühərriklə təchiz edilmiş qayıqlarına baxış zamanı 161 ədəd müxtəlif növ körpə balıq və digər ləvazimatlar aşkar olunaraq götürülüb. Hər iki şəxs saxlanılaraq Su Nəqliyyatında Polis İdarəsinə gətiriliblər. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb. Arif və Elvin Həsənovların qanunsuz balıq ovu zamanı istifadə etdikləri mühərrikli qayığın müvafiq sənədinin olub-olmamasının müəyyən edilməsi istiqamətində Su Nəqliyyatında Polis İdarəsində təhqiqat araşdırmaları aparılır. Profilaktik söhbət zamanı həmin şəxslərə balıqovlama mövsümünün bağlı olduğu, xüsusən də körpə balıqların ovlanmasının qadağan edildiyi barədə məlumat verilib