KRİMİNAL
DİN 3 qadının öldüyü hadisə ilə bağlı məlumat yaydı.
Daxili İşlər Nazirliyi dünən Goranboyda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Bakufakt.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 23-də saat 12 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakini İ.Orucov idarə etdiyi “BMW” markalı avtomobili qarşıda gedən Təhlə kənd sakini R.Əliyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobilə vurub. Nəticədə R.Əliyevin sərnişinləri Təhlə kənd sakinləri Vəzifə Tanrıverdiyeva və bacısı Aybəniz Yusifova hadisə yerində ölüb, özü və digər 3 sərnişini və digər sürücü xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən R.Əliyevin bacısı Dilarə orada ölüb.
Goranboy RPŞ-də araşdırma aparılır