Antikorrupsiya həbslərinin YENİ DALĞASI
Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, məmurlara dəfələrlə xəbərdarlıq edilsə də, bir çoxları buna məhəl qoymurlar:
“Ölkə rəhbərliyi dəfələrlə məmurlara xəbərdarlıq edib, bir çoxlarına iradlarını bildirib. Təəssüf ki, bu xəbərdarlıqlardan sonra bəzi məmurlar yenə qanunları pozurlar. Vəzifə yüksək etimad, məsuliyyət deməkdir. 10 milyonluq əhalini Milli Məclisdə 125 deputat, bir neçə minlik kənd əhalisini icra başçısı, xalqa xidmət edən hər-hansı qurumu bir məmur təmsil edir. Hamı çalışmalıdır ki, qanunu pozmasın. Bir neçə ildir, ölkəmizdə qanunsuzluğa qarşı kəskin mübarizə aparılır. Hərdən düşünürəm, nə baş verməlidir ki, insanlar rüşvət almağın qadağan olunduğunu anlasınlar? Yetəri qədər həbslər, xəbərdarlıqlar olub, amma nəticəsi yoxdur. Hər kəs anlamalıdır ki, qanunu pozmaq olmaz, pozsan, ciddi cəza tədbirləri görüləcək”