KRİMİNAL
Narkotikin təsiri altında saxlanılan taksi sürücüsü xəstəxanada öldü
Bakıda narkotikin təsiri altında saxlanılan sürücü dünyasını dəyişib.
Məlumatına görə, paytaxtın Biləcəri qəsəbə sakini 39 yaşlı Tahir Fərzəliyev narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
O, saxlanılan zaman səhhəti pis olduğundan xəstəxanaya yerləşdirilib.
Lakin xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
T. Fərzəliyevin narkotikdən zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır