Almaniyada avro çökəcək?
Avropa Birliyi tezliklə avronu məhv edə biləcək uzunmüddətli inflyasiya ilə üzləşəcək. Bunu “Deutsche Wirtschafts Nachrichten”ə müsahibəsində “Deutsche Bank”ın keçmiş baş iqtisadçısı Tomas Mayer deyib.
“Eyni zamanda əsginasları çap etməyə davam edən Avropa Mərkəzi Bankı bir çox cəhətdən vəziyyətə təsir göstərə bilmir, bəlkə də təsir göstərmək istəyində deyil”, – deyə iqtisadçı qeyd edib.
“Axı o, əsas faiz dərəcəsini inflyasiya dalğasının qarşısını almaq üçün lazım olan səviyyəyə qaldırarsa, bu, dövlət borcunun ÜDM-nin 150%-ni keçdiyi İtaliya kimi ölkələrin müflisləşməsinə və avrodan çıxmasına səbəb olacaq”, – deyə ekspert vurğulayıb.
Mayer qeyd edib ki, inflyasiyanın təkcə iqtisadi deyil, həm də ciddi siyasi və sosial nəticələri ola bilər. Almaniyalı iqtisadçı ötən əsrin 20-ci illərinin əvvəllərində Almaniyada hiperinflyasiya ilə bağlı vəziyyəti buna nümunə kimi göstərib.
“Bu, milli sosialistlərin hakimiyyətə gəlməsinə töhfə verdi”, – deyə Mayer xatırladıb.
O, vətəndaşların rəsmi pullara əvəzləyici axtaracaqlarını istisna etmir. İqtisadçı eyni zamanda Avropa valyutasının da çökəcəyini düşünür.
Mənbə: Rambler.ru