Azad Media Susdurula Bilməz!
Bankların əməkdaşlıq etdiyi qoluzorlular
İQTİSADİYYAT

Bankların əməkdaşlıq etdiyi qoluzorlular

El arasında artıq belə bir deyim formalaşıb: krediti bir alan sevinir, bir də onu vaxtında qaytarıb başa çatdıran. Amma buna da hər kəs nail ola bilmir. 

Elə Baku TV-nin qaynar xəttinə zəng edən vətəndaş kimi. Bu şəxs borcunu birtəhər ödəsə də, bəziləri kreditə görə təzyiq və təhdidlərlə üzləşir. Buna səbəb bankların problemi məhkəmə ilə həll etmək əvəzinə daha qısa yola üz tutmasıdır. Çünki uzun vaxt aparan məhkəmə proseslərindənsə, kollektorun hədə-qorxusu ilə vəsaiti geri qaytarmaq daha asandır. 

Ümumiyyətlə, kollektor agentlikləri borcların yığılması üzrə ixtisaslaşan şirkətlərdir. Banklar böhran zamanlarında onlara müraciət edir. Bu şirkətlərin qoluzorlu əməkdaşları isə əksər hallarda təhdid, təqib və digər üsullardan istifadə edərək borcluları götürdüyü vəsaiti banka qaytarmağa məcbur edir. Əlbəttə, sonda onlar da qaytarılan vəsaitdən öz paylarına düşəni götürürlər. Amma ölkədəki kollektor şirkətlərindən biri Baku TV-yə açıqlamasında bütün bunları təkzib edib. 

IRON MAX AZERBAIAN