Azad Media Susdurula Bilməz!
Əlavə dəyər vergimizi kimlər mənimsəyirlər? - ARAŞDIRMA + FOTO
İQTİSADİYYAT

Əlavə dəyər vergimizi kimlər mənimsəyirlər? - ARAŞDIRMA + FOTO

Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə fiziki şəxs olan istehlakçılara əlavə dəyər vergisi (ƏDV) ödənilir. Bunun üçün ilk növbədə hər bir vətəndaş ticarət və ictimai iaşə obyektlərində etdiyi ödənişlər üzrə çekləri toplamalıdır. Ardınca www.edvgerial.az portalına daxil olmalı, şəxsiyyətini təsdiq edən sənədin FİN kodunu, doğum tarixini və mobil nömrəsini müvafiq bölmələrə daxil edərək qeydiyyatdan keçməli, “elektron kabinet” yaratmalıdır.

Bu barədə “Kaspi” qəzetində maraqlı məqalə dərc edilib.

İstehlakçı ödəniş müqabilində nəzarət-kassa aparatının verdiyi hər bir çekin 12 simvollu fiskal ID-ni portala daxil etməli, yaxud müvafiq mobil əlavə ilə çekin üzərində olan QR kodu oxutmalıdır. 30 gün sonra elektron kabinetdə çek üzrə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15, nağd ödənişlər üzrə 10 faizi əks olunacaqdır. Artıq bir neçə ildir ki, Azərbaycan vətəndaşları bu qayda ilə dövlətin onlar üçün yaratdığı imkandan yararlanır, topladıqları ƏDV məbləğindən müxtəlif məqsədlər üçün istifadə edirlər. Bu, müsbət haldır və hər bir insan tərəfindən məmnunluqla qarşılanır.

Yeganə narazılıq yaradan məqam budur ki, bəzi ticarət və iaşə obyektlərinin ayrı-ayrı işçiləri tərəfindən vətəndaşlara ödəniş müqabilində çek təqdim etmək ya “yaddan çıxır”, ya da istehlakçıya verilən çekin ƏDV-si artıq portala yüklənmiş olur. Misal üçün, redaksiyamızla telefon əlaqəsi saxlayan Bakı şəhər sakini Kəmalə Əzizova bildirir ki, tanınmış market şəbəkəsinin birindən davamlı olaraq alış-veriş edir. Ödəniş müqabilində aldığı çeklərin üzərindəki müvafiq məlumatları dərhal portala daxil edəndə ƏDV-ni geri qaytarmaq olur. Amma çekin üzərindəki məlumatı bir-iki gün gec portala daxil edəndə məlum olur ki, həmin çekə görə ƏDV artıq ödənilib.

Şikayətçinin iddiasına görə, alış-veriş müqabilində kassa aparatından çıxan hər bir çek iki nümunədə olur. Birinci nümunə istehlakçıya verilir, ikinci nümunə kassada ödənişi qəbul edən şəxsdə - xəzinədarda saxlanılır. Günün sonunda və ya bir-iki gün sonra həmin xəzinədar toplanılan çeklərin məlumatlarını portaldakı şəxsi kabinetinə daxil edir, istehlakçılara çatacaq məbləğləri özü mənimsəyir. Beləliklə də, gün ərzində maaşdan əlavə 20-30 manat pul qazanır. Necə deyərlər, dama-dama göl olur. Kobud şəkildə ifadə etsək, xidmət sektorunda fəaliyyət göstərən şəxs bu yolla vətəndaşın cibinə girir, ƏDV-sini oğurlayır, nəticə etibarilə istehlakçıların hüququnu pozur.

IRON MAX AZERBAIAN